Məhkəmə məşhur müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak barədə qərar verib.
Heftelik.az-ın məlumatına görə, dünən Dilan Çıtak Bodrumda avtomobillə hərəkətdə olarkən polisin “saxla” əmrinə tabe olmayıb.
Dilan Çıtak yolda hərəkət təhlükəsizliyini pozub və polis saxlayaraq ondan sürücülük vəsiqəsini istəyib.
Dilan Çıtak qaçmağa çalışarkən avtomobili polisin üzərinə sürüb. Polis havaya iki dəfə atəş açaraq onu saxlayıb.
Hadisə yerinə çox sayda polis cəlb edilib. Bir müddət sonra avtomobildən düşən Dilan Çıtak polisin müşayiəti ilə polis bölməsinə aparılıb.
Bodrum polis şöbəsində ifadəsi alınan Dilan Çıtak dövlət məmuruna təhdid və məmurun vəzifəsini yerinə yetirməyə mane olmaq ittihamı ilə bu gün məhkəməyə çıxarılıb. O, məhkəmədə haqıqndakı ittihamı qəbul etməyib, həmin vaxt özünü itirdiyini, panikaya düşdüyünü, stess yaşadığını bildirib.
Məhkəmə polis nəzarəti şərtiylə Dilan Çıtakı sərbəst buraxıb.