EN

Fransanın Baş naziri Aİ ABŞ razılaşmasını tənqid edib

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

“ABŞ ilə ticarət sazişinin bağlanması günü Avropa İttifaqı üçün qara gündür”

“ABŞ ilə ticarət sazişinin bağlanması günü Avropa İttifaqı üçün qara gündür”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Fransanın Baş naziri Fransua Bayrou deyib.

"Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ Prezidenti Donald Tramp arasında razılaşma Avropa İttifaqı üçün qara günə çevrildi. Öz dəyərlərini və maraqlarını qorumaq üçün yaradılan İttifaq ABŞ-ın tabeçiliyinə verildi", Bayrou “X”də yazıb.

Daha əvvəl Fransanın Milli Cəbhə Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen razılaşmanı tənqid edərək, bunu "Avropa üçün tam uğursuzluq" adlandırmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
ayna.az

1Sources