EN

Putin Netanyahu ilə bu məsələləri müzakirə etdi Masada nələr var?

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Globalinfo.az bildirir ki, bu barədə Kremlin saytı xəbər yayıb.

“Yaxın Şərqdəki gərgin vəziyyətin müxtəlif aspektləri müzakirə edilib. Rusiya tərəfi regionda mövcud olan problem və münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bir daha açıqlayıb”, – məlumatda  deyilir.

Söhbət zamanı Putin Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyin zəruriliyini vurğulayıb. Bundan əlavə, Rusiya lideri bütün etnik və dini qrupların qanuni hüquq və mənafelərinin qorunmasının daxili siyasi sabitliyinin möhkəmlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Putin həmçinin Rusiyanın İranın nüvə proqramının danışıqlar yolu ilə həllinə kömək etməyə hazır olduğunu deyib.

Xatırladaq ki, tərəflər sonuncu dəfə 2025-ci il mayın 6-da telefonla danışıblar.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
globalinfo.az

1Sources