EN

ABŞ Tayvana Abrams tanklarının yeni partiyasını təhvil verdi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Tayvana 42 "M1A2T Abrams" ABŞ tankından ibarət partiyanı təhvil verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Taipei Times" qəzeti məlumat yayıb.

"ABŞ-dən satın alınmış 42 "M1A2T Abrams" tankının ikinci partiyası Taybey limanına gəlib və Sinçju bölgəsinin Hukou qəsəbəsindəki ordunun zirehli təlim komandanlığına çatdırılıb", - deyə məlumatda bildirilib.

Tanklar 2019-cu ildə bağlanmış 2.2 milyard dollarlıq razılaşma çərçivəsində tədarük edilib. Müqaviləyə əsasən, Tayvan ABŞ-dən 108 ədəd texnika almalıdır. Onlardan 38-i 2024-cü ilin sonunda təhvil verilib, 28 "Abrams" tankından ibarət son partiya isə 2026-cı ildə təhvil veriləcək.

Qeyd edək ki, dekabrın 21-də, səlahiyyət müddətinin sonunda ABŞ prezidenti Co Bayden Tayvana 571 milyon dollar həcmində hərbi yardımın çatdırılması ilə bağlı göstəriş verib. Qeyd olunur ki, dəstək çərçivəsində Tayvana ABŞ Müdafiə Nazirliyinin xidmətləri, o cümlədən "hərbi hazırlıq və təlim" də veriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
2
oxu.az

3Sources