EN

Azərbaycan bankları Gürcüstan və Ermənistan banklarından geridədir

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“2025-ci ilin ilk yarısında: Gürcüstan bankları ötən ilin 6 ayı ilə müqayisədə 6 faiz çox- 569,1 milyon dollar; Ermənistan bankları 16,6% artımla 513 milyon dollar qazanıblar. Azərbaycan bankların qazancı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% azalaraq 339.2 milyon dollara düşüb”.

Gununsesi.info xəbər verir ki, bu iqtisadçı ekspert Samir Əliyevin araşdırması zamanı üzə çıxıb.

“Azərbaycan Cənubi Qafqazın ən böyük, ən zəngin ölkəsidir, iqtisadiyyatı Ermənistan və Gürcüstanın birgə ÜDM-dən böyükdür. Azərbaycan 73 mlrd. dollar, (adambaşına 7.283 min dollar);

Ermənistan 25.8 mlrd. dollar, (adambaşına 8.5 min dollar); Gürcüstan 33.8 mlrd. dollar, (adambaşına 9570 dollar). Ölkə İstehlak Krediti Faizi (orta %) İpoteka Krediti Faizi (orta %) Biznes Krediti Faizi (orta %) Azərbaycan 15–20% 6–8% 10–16% Ermənistan 11–16% 7–9% 10–14% Gürcüstan 15–18% 8–10% 11–15%

Rəqəmlərdən göründüyü kimi bizim banklar daha yüksək faizlə kredit verir, amma qonşu ölkələrin bank sektorundan 2 dəfə az qazanır. Bir cavab iqtisadiyyatda monopoliya, bank sektorunun iqtisadi iştirakçılığının zəif olması və bankların öz funknsiyasını icra etməməsidir. Yeri gəlmişlən, SOCAR “Azər-Türk Bank”ın 51 faiz səhmlərini alıb.

Afət Abbasova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
icma.az

1Sources