EN

Rivaldo: Raşford Barselona ya böyük fayda verə bilər

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Markus Raşford "Barselona" komandasına böyük fayda verə bilər".

Oxu.Az "Mundo Deportivo" nəşrinə istinadla xəbər verir ki, bunu Kataloniya təmsilçisinin əfsanəsi Rivaldo ingiltərəli futbolçunun "Barselona"ya keçidini şərh edərkən söyləyib.

"Onda fərqlənmək üçün lazım olan hər şey var. Baş məşqçi Hans Flik ona inkişaf etməkdə kömək edəcək" , - deyə braziliyalı "Qızıl top" sahibi vurğulayıb.

Rivaldo əlavə edib ki, Raşfordun öz oyununu göstərmək üçün çoxlu imkanları olacaq:

"O, əla oyunçudur. Bununla belə, Raşford əvvəlcə ehtiyat oyunçular skamyasında oturacaq, tədricən öz ritmini taparaq, klubda öz yerini tutacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
oxu.az

1Sources