EN

Müdafiə naziri Xameneini hədələdi: Sürprizimiz olacaq


“İsrail gələcəkdə İrana yenidən sürpriz etməyə hazırlaşır”.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.

“İran liderləri bizi təhdid etməyi dayandırmalıdır”, - nazir bildirib.

İ.Kats qeyd edib ki, İsrail 12 günlük müharibə zamanı İranın nüvə proqramına həlledici zərbə vurub.

Müdafiə naziri dünən İranın Ali dini rəhbəri Əli Xameneiyə birbaşa xəbərdarlıq edərək söyləmişdi ki, Tehran ölkəsini təhdid etməyə davam edərsə, İsrailin uzun qolları onun özünə çatacaq:

“Mən Xameneiyə açıq mesaj göndərmək istəyirəm: əgər siz İsraili təhdid etməyə davam etsəniz, bizim uzun qollarımız yenidən Tehrana və şəxsən sizə daha böyük güclə uzanacaq. Təhdid etmə, yoxsa zərər görəcəksən”.


Chosen
88
1
news24.az

2Sources