
Avropa qeyri-qanuni miqrasiyaya son qoymasa, əvvəlki kimi olmayacaq. Bu fikri ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşü zamanı səsləndirib, – RİA Novosti xəbər verir.“Avropa 5–10 il əvvəlki Avropa deyil və artıq hərəkətə keçmək vaxtıdır. Əks halda, biz əvvəlki Avropanı itirəcəyik. Qeyri-qanuni miqrantların bura gəlməsinə icazə vermək olmaz”, – deyə Tramp bildirib.May ayında Almaniyanın sabiq kansleri Angela Merkel də Avropa İttifaqının qeyri-qanuni miqrasiya ilə mübarizədə yol tapmalı olduğunu vurğulamışdı. Əks halda, “Avropanın dağılması ilə üz-üzə qalacağımızı” demişdi. Onun sözlərinə görə, avropalılar “Avropanın necə parçalandığını izləmək məcburiyyətində qala bilər”.Ulusum.az
Diqqət Çəkənlər
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu
Melaniya Tramp ictimai tədbirlərdən uzaq düşdü: Ekspertlər tənqid edir
Le Pen: “Aİ-ABŞ sazişi Fransanın təslimiyyətidir”