EN

“Arsenal” onların gələcəyi ilə bağlı qərarını verdi

“Arsenal” futbolçuları Aleksandr Zinçenko və Leandro Trossardın komandada qalmasına qərar verib.

90deqiqe.Az-ın “Football Transfers”ə istinadən yaydığı xəbərə görə, London klubu hər iki futbolçuya dair daxil ola biləcək bütün transfer təkliflərini rədd edəcək.

Ukraynalı müdafiəçi Zinçenko və belçikalı hücumçu Trossardın “Arsenal”la mövcud müqavilələri 2026-cı ilin yayına qədər qüvvədədir. 28 yaşlı Zinçenko “topçular”ın heyətində 91 oyuna çıxaraq 3 qol vurub və 5 məhsuldar ötürmə edib. 30 yaşlı Trossard isə 124 matçda meydana çıxıb, 28 qol və 23 assistlə yadda qalıb.

Xatırladaq ki, “Arsenal” ötən mövsüm İngiltərə Premyer Liqasında ikinci yeri tutub və yeni mövsümdə çempionluq uğrunda mübarizə aparmağa hazırlaşır.

Chosen
13
90deqiqe.az

1Sources