"Feyenord"un futbolçusu İqor Payşao karyerasını Fransada davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Marsel" braziliyalı vingerin transferini həll edib. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Klublar arasında razılıq əldə olunub. Liqa 1 klubu Payşao üçün qarşı tərəfə 35 milyon avro təzminat ödəyəcək. 25 yaşlı ön xətt oyunçusu ilə 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Feyenord" İqor Payşaonu 2022-ci ilin yayında "Koritiba"dan transfert edib. Braziliya U-23 millisinin sabiq üzvü ötən mövsüm Roterdam təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 18 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi