EN

Ultimatumun müddəti bitdikdən sonra Trampın nə edəcəyi məlum deyil KİV

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin nizamlanması üçün verilən müddətlərin pozulacağı təqdirdə görüləcək tədbirlərlə bağlı heç bir məlumat açıqlamayıb.

525.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.

Bildirilib ki, razılığın əldə olunması üçün ayrılan vaxtla bağlı Amerikanın mövqeyinin sərtləşməsinə baxmayaraq, ona məhəl qoymamağın nəticələrinin necə olacağı məsələsi açıq qalır

“Açıq qalan əsas sual, vaxt bitdikdə Trampın əslində nə edəcəyidir”, - məqalədə vurğulanıb.

Qeyd edək ki, daha əvvəl Tramp Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı razılıq əldə etmək üçün müəyyən etdiyi müddəti 10-12 günə endirəcəyini bildiib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
120
50
525.az

10Sources