“Çelsi” klubunun gənc qapıçısı Mayk Penders karyerasını Fransanın Liqa 1 təmsilçisi “Strasburq”da davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə,19 yaşlı futbolçu yeni klubunda bir mövsümlük icarə əsasında çıxış edəcək.
Xatırladaq ki, belçikalı oyunçu 2024-cü ilin yayında “Genk”dən 20 milyon avro qarşılığında “Çelsi”yə transfer olunmuşdu. Ötən mövsüm isə o, yenidən “Genk”də, bu dəfə icarə əsasında forma geyinmişdi.
Qeyd edək ki, “Strasburq” 2023/24 mövsümündə də “Çelsi”nin qapıçısı — serbiyalı Jordiye Petroviçi heyətində oynamışdı. Fransız təmsilçisi hal-hazırda “Çelsi” klubunun rəsmi partnyor və inkişaf klubu (farm-klubu) statusundadır.