EN

Lindsi Qrehem: “Putin Tramp mövzusunda ciddi şəkildə səhvə yol verib”

ABŞ senatoru Lindsi Qrehem Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın sabiq prezidenti Donald Trampla bağlı ciddi şəkildə səhv etdiyini bildirib. Respublikaçı senator bu fikrini Trampın Rusiya prezidenti Vladimir Putinə qarşı səsləndirdiyi son ultimatum fonunda bildirib. Onun açıqlaması X sosial şəbəkəsində dərc olunub.

Qrehem Trampın Rusiyanın Ukraynaya qarşı davamlı hücumlarına görə narazılığını tam anladığını qeyd edib. Onun sözlərinə görə, bu hücumlar Kreml rəhbərinin sülh danışıqlarına başlamaq istəmədiyini açıq şəkildə göstərir.

“Ümid edirəm ki, Çin, Hindistan və Braziliya kimi Putinin hərbi maşınını dəstəkləyən ölkələr yaxın gələcəkdə çoxdan yetişmiş bədəlini ödəyəcəklər”, – deyə senator əlavə edib.

//Samir Qurbanov, Editor.az

Chosen
9
editor.az

1Sources