EN

İspaniyada “mini-VAR” dövrü başlayır

İspaniya futbolunun üçüncü liqasında və qadınlar arasında keçirilən çempionatda yeni texnologiya sınaqdan keçiriləcək.

90deqiqe.Az-ın məlumatına görə, söhbət FVS (Football Video Support) sistemindən gedir. Bu texnologiya "mini-VAR" kimi də tanınır və yalnız penalti və qol epizodlarının müəyyən olunması üçün istifadə ediləcək.

FİFA Hakimlər Komitəsinin prezidenti Pyerluici Kollina yeni sistemin tətbiqini belə şərh edib:

“Bu sistem, FİFA-nın daha əlçatan texnologiyalara ehtiyac barədə irəli sürdüyü çağırışa cavab verir. Eyni zamanda, texnoloji həllərin inkişafı vasitəsilə insan səhvlərinin azaldılması məqsədi daşıyır.”

Yeni mövsüm İspaniyada 15 avqustda start götürəcək. Xatırladaq ki, hazırkı çempion “Barselona”dır.

Chosen
12
90deqiqe.az

1Sources