EN

Tezliklə qan tökülməsi sona çatacaq -Ərdoğan

Rusiya və Ukrayna arasında danışıqlar yaxın vaxtlarda yenidən İstanbulda təşkil olunacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, bu danışıqlar nəticəsində müharibəyə son qoyulacağına ümid var.

“Rusiya və Ukrayna arasında danışıqlar yaxın gələcəkdə yenidən İstanbulda keçiriləcək və bu qanlı müharibə başa çatacaq”, –  Ərdoğan vurğulayıb.

Terrorla mübarizəyə də toxunan dövlət başçısı qeyd edib ki, Türkiyənin terror təhlükəsindən tam xilas edilməsi yalnız hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) təşkil etdiyi Xalq İttifaqının təşəbbüsü deyil, eyni zamanda bütün dövlətin və xalqın ümumi vəzifəsidir.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna liderlərinin görüşünün keçirilməsi ilə bağlı prinsipial razılığın əldə olunduğunu açıqlamışdı.

N.Təbrizli

Chosen
13
anews.az

1Sources