EN

Boğulan yeniyetməni qəhrəmancasına xilas edərkən ölən Rəvanın FOTOsu

  Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə boğularaq ölən şəxslərdən biri Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu imiş.

Referans Oxu.Az-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) Rəvan Şahin oğlu Əliyev boğulmaqda olan 2 nəfəri xilas etməyə çalışıb.

O, 16 yaşlı Sənan Şamayevi dənizdən çıxarmağı bacarıb. Lakin, R.Əliyev digər yeniyetmə - 16 yaşlı Əli Elşən oğlu Cabbarovu xilas edərkən hər ikisi suda boğularaq həlak olub.  

Chosen
43
8
referans.az

9Sources