“Mançester Yunayted” rəhbərliyi “qırmızı şeytanlar”ın 21 yaşlı çexiyalı qapıçısı Radek Vitek ilə müqavilənin müddətini uzadıb.
Arena.az bu barədə “Mançester Yunayted”in rəsmi saytına istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Vitek icarə müqaviləsi əsasında 2025/2026-cı illər mövsümünün sonuna qədər İngiltərə Çempionşipinin təmsilçisi “Bristol Siti”nin qapısını qoruyacaq.
Geridə qalmış mövsümdə Vitek icarə əsasında Lins təmsilçisi “Blau-Vayss”ın heyətində çıxış edib.
Çex qapıçı “Blau-Vayss” üçün 28 oyuna çıxıb, 37 qol “yeyib”, 7 oyundan “quru” qurtulub.
Radek Vitek Çexiyanın U-15, U-17, U-19, U-20 və U-21 komandalarına cəlb edilib, əsas yığmaya isə hələ çağırış almayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı çex qapıçının transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.