EN

"Mingəçevir" 10-dan çox futbolçu ilə anlaşıb

1-ci Liqa təmsilçisi "Mingəçevir" son 15 gündə 10-dan çox futbolçu ilə anlaşıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə onların arasında həm 1-ci Liqanın səviyyəli yerlisi, həm də legionerlər var.

Aran təmsilçisinin danışıq apardığı qanalı Cona Attukeye, qambiyalı Bakari Ceite və zambiyalı Kennet Kalunqa avqustun ilk günlərində Azərbaycana gələcəklər. Yerlilərdən iki müdafiəçinin - 2024/2025 "futbol ili"ni "Zaqatala"da yekunlaşdıran Nemət Şıxəmirov və "Səbail"dən ayrılan Cabir Əmirlinin yeni mövsümə "şəhərlilər"in forması ilə başlamaq ehtimalları yüksəkdir. Bundan başqa klub daha 5 oyunçunun da keçidini həll edib. 

Xatırladaq ki, "Mingəçevir" son mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü yerdə başa vurub. Sözügedən klub mövsüm yekunlaşandan sonra baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerini Ramiz Məmmədov tutub.

Mirağa 

Chosen
6
fanat.az

1Sources