EN

Evi vurulan ukraynalı model Trampa səsləndi: Tezliklə ana olacağam

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukraynalı Boqdana Jupaninanın 30 yaşı var və ana olmağa hazırlaşır.

Onun yaşadığı mənzil Rusiyanın dronlarla endirdiyi zərbələrdən sonra dağılıb. Nəticədə, hamilə qadın evsiz qalıb.

"Zərbə çox güclü idi, yaxşı ki, anam evdə yox, sığınacaqda olub. Çünki buradan heç kim sağ çıxmazdı. Olanlar böyük dərd və stresdir. 2022-ci ildə müharibədə atamı itirdim. Bu nə tale, nə qismətdir axı? Dəhşətli zərbələrə məruz qalırıq. Tezliklə ana olacağam, ümid edirəm ki, uşağım sağlam doğular. Guya bazar ertəsindən evdə doğuş hazırlıqlarına başlayacaqdım, gəldim ki, mənzil xarabalığa çevrilib", - deyə o söyləyib.

Boqdana Jupanina, həmçinin ABŞ Prezidenti Donald Trampdan Ukrayna üçün hərbi və maliyyə yardımı istəyib. Məqsəd isə günahsız insanların müdafiəsidir.

Qeyd edək ki, Boqdana Jupanina modeldir. 2018-ci ildə "Miss Ukraine International" titulunu qazanıb.

Ətraflı Baku TV-nin süjetində:

Evi vurulan ukraynalı model Trampa səsləndi: "Tezliklə ana olacağam"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
oxu.az

1Sources