EN

Bu yaş aralığında olanlara alimlərdən XƏBƏRDARLIQ

Qocalmanın sürətləndiyi kritik yaş dövrü müəyyən edilib.

Publika.az xəbər verir ki, bu, Çin Elmlər Akademiyasının alimlərinin apardığı tədqiqatlar nəticəsində mümkün olub.

Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

Alimlərin fikrincə, təxminən 50 yaş dönüş nöqtəsidir - bundan sonra bədənin aşınması sürətlənir.

Onlar 14-68 yaş arası 76 nəfərin bədən sistemini təhlil edərək bu qənaətə gəliblər. Tədqiqatçılar 45-55 yaş arasında kəskin bioloji dəyişikliklər qeydə alıblar. Yaşlanma xüsusilə ürək-damar sistemində, əsasən də daxili orqanları qanla təmin edən bədənin əsas damarı olan aortada nəzərə çarpıb.

Alimlər nəticəyə gəliblər ki, qocalma tədricən baş vermir, sürətli dəyişikliklərin baş verdiyi dövrlər şəklində inkişaf edir.

Chosen
51
4
publika.az

5Sources