EN

Makkuori adası sahillərində 6,9 maqnitudalı zəlzələ olub

Avstraliyanın Makkuori adasının sahillərində 6,9 maqnitudada zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 144 000 nəfərin yaşadığı Yeni Zelandiyanın Danidin şəhərindən təqribən 1 598 km cənub-qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Chosen
21
2
report.az

3Sources