Vaşinqton, 29 iyul, AZƏRTAC
Nyu-York şəhərinin Manhetten bölgəsindəki ofis binasında baş verən atışmada azı beş nəfər həlak olub.
AZƏRTAC-ın məlumatına görə, polis silahlı şəxsin Las-Veqasdan olan Şeyn Tamura adlı şəxs olduğunu və hadisə zamanı özünü öldürdüyünü açıqlayıb. Bildirib ki, şübhəli şəxsin psixi problemləri var.
Hadisə nəticəsində daha bir nəfər yaralanıb və vəziyyəti ağır olaraq qalır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton