EN

Xaçmazda dənizdə kişi meyiti tapılıb - YENİLƏNİB

Xaçmazda şəxsin çimərkən boğulması faktı ilə bağlı araşdırma aparılır.

APA xəbər verir ki, ötən gün rayonun İstisu qəsəbəsində Xəzər dənizinin sahilindəki dənizdə çimərkən boğularaq ölmüş Arif Əsəd-zadənin meyitinin aşkar edilməsi faktı ilə bağlı Xaçmaz rayon prokurorluğunda araşdırmalara başlanılıb.

***

21:34

Xaçmaz rayonu, İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) suyun üzündə kişi meyitinin aşkar olunması ilə bağlı məlumat daxil olub.

APA xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumatla əlaqədar, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Chosen
21
4
apa.az

10Sources