Â
Son
zamanlar havaların normadan artıq isti olması ölkədə daxili turizm sektorunda
canlanma yaradıb. Bu günlər Lənkərana gələn qonaqların sayı artdığından şəhər
icra hakimiyyəti onların istirahətinin daha yaxşı təşkil olunması üçün gündəlik
fəaliyyətini gücləndirib.
Bu çərçivədə
ŞİH-in təşkilatçılığı ilə yerli sakinlərin və turistlərin ən çox üz tutduğu ərazilərdən
olan Xəzərin Sütəmurdov kəndi ərazisindən keçən sahil zolağında dənizin ətraf
mühitin çirklənməsindən qorunması, bioloji ehtiyatlarının mühafizəsi və bərpası,
habelə sakinlərimizin, rayonumuzun qonaqlarının daha rahat istirahəti üçün iməcilik
təşkil olunub. İməcilik zamanı çimərlik sahələrinə atılan bərk məişət
tullantıları, plastik qablar və polietilen torbalar ərazidən təmizlənib, aidiyyəti
üzrə tullantı poliqonuna daşınıb, çimərlik ərazilərə gedən ara yollar ağır
texnikalar vasitəsilə hamarlanıb, habelə əraziyə zibil qutuları qoyulub. Eyni
zamanda yerli sakinlər və qonaqlar arasında təbiətin, ətraf mühitin çirkləndirilməməsi
ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
"Azərbaycan"