EN

Kriptovalyutalar qadağan edildi

Yazını böyüt
Yazını kiçilt

Əlcəzair hökuməti çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə çərçivəsində kriptovalyutaların istifadəsini, yaradılmasını və mübadiləsini qadağan edən qanun qəbul edib.

Hafta.az xəbər verir ki, bu barədə "Algerie360" informasiya portalının məlumatında bildirilib.

Yeni qaydalara əsasən, Əlcəzairdə istənilən növ virtual aktivlərin emissiyası, onların alınması, satışı və ya sahib olunması qadağan edilir. Qanun kriptovalyutaların ödəniş və ya investisiya vasitəsi kimi istifadəsinə icazə vermir və kriptovalyutaların istənilən formada reklamını, eləcə də kriptovalyuta mübadiləsi platformalarının və ya onlarla əlaqəli elektron pul kisələrinin fəaliyyətini və yaradılmasını da qadağan edir.

Qeyd olunur ki, qanunu pozanları iki aydan bir ilə qədər həbs və cərimə gözləyir.

Chosen
8
4
hafta.az

7Sources