Avropa İttifaqı (Aİ), ABŞ prezidenti Donald Trampa vəd edilən 600 milyard dollarlıq investisiyaya zəmanət verə bilmədiyini etiraf edib, çünki bu vəsaitlər ancaq Brüsselin nüfuz etmədiyi özəl sektordan gəlməlidir...
Poliqon xəbər verir ki, Politico bu barədə Avropa Komissiyasının iki məmuruna istinadən yazıb.
Nəşr xatırladır ki, 28 iyulda Avropa Komissiyasının sədri Ursula fon der Leyen tam miqyasl ticarət müharibəsindən yayınmaq üçün ABŞ prezidenti ilə saziş bağlayıb. Sazişin bir hissəsi Aİ-nin gələcək illərdə ABŞ iqtisadiyyatına əlavə 600 milyard dollar sərmayə qoyma vəd edir.
Lakin bazar ertəsi günü Avropa Komissiyasının iki yüksək vəzifəli məmuru nəşrə aydınlaşdırıb ki, bu vəsaitlər ancaq özəl Avropa şirkətlərindən gələcək, dövlət investisiyaları heç bir şəkildə cəlb edilməyəcək.
"Bu, Avropa İttifaqının ictimai qurum kimi zəmanət verə biləcəyi bir şey deyil. Bu, özəl şirkətlərin niyyətlərindən asılıdır", deyə məmurlardan biri qeyd edib.
Qeyd olunur ki, Avropa Komissiyası bu məqsədə çatmaq üçün özəl sektor üçün hər hansı bir təşviq tətbiq etmək niyyətini bəyan etməyib və sazişin həyata keçirilməsi üçün konkret müddətlər göstərməyib. Lakin məmurlardan biri bildirib ki, 600 milyard dollarlıq məbləğ müxtəlif biznes birlikləri və şirkətlərlə onların investisiya niyyətləri haqqında ətraflı müzakirələr əsasında qurulub.
Mütəxəssislər hesab edir ki, özəl sektorun könüllü olaraq bu səviyyədə investisiya təmin edəcəyi fikri şübhə doğurur.
"Sazişin bu hissəsi daha çox nümayiş xarakteri daşıyır. Aİ Çin deyil, elədir? Heç kim özəl şirkətlərə ABŞ-yə nə qədər investisiya qoymalı olduqlarını əmr edə bilməz", deyib Jak Delor Mərkəzi analitik mərkəzindən Nils Redeker bildirib.
ABŞ və Avropa İttifaqı 15% miqdarında gömrük rüsumlarını bərpa edən ticarət sazişi bağlayıblar. Trampın sözlərinə görə, Aİ 750 milyard dollar dəyərində Amerikan enerjisi almağa razılaşıb. Həmçinin blok ABŞ-yə əlavə 600 milyard dollar dəyərində hərbi texnika və sıfır gömrük rüsumları ilə ticarət üçün bazarların açılmasına investisiya qoymaq öhdəliyi götürüb.
Poliqon.info