Bakı. Trend:
ABŞ-nin Nyu-York şəhərində Manhetten rayonunun mərkəzindəyerləşən göydələndə baş vermiş silahlı insidentdə ölənlərin sayıhücumu həyata keçirmiş şəxs daxil olmaqla 5 nəfərə çatıb.
Trend bu barədəxarici KİV-lərə istinadən xəbər verir.
Ölənlərdən birinin polis əməkdaşı olduğu deyilir. Manhettendəofis binasında insanlara atəş açan daha sonra intihar edən şəxsinNevada sakini Şeyn Tamura olduğu müəyyən edilib.
Qeyd edilir ki, Tamur M4 hərbi təyinatlı avtomatla ofis binasınadaxil olaraq bir polisi və iki kişini güllələyərək öldürüb, birnəfəri isə ağır yaralayıb. Daha sonra o “Ruden Building Management”ofisinin yerləşdiyi mərtəbəyə qalxaraq bir qadını qətləyetirib.
xxx
03:22
İyulun 28-də Nyu-Yorkun şəhərinin Manhetten bölgəsininmərkəzində atışma olub.
Trend-in məlumatına görə, bu barədə "ABC News" televiziya kanalıpolisdəki mənbəyə istinadən bildirib.
Məlumata əsasən, biri polis olmaqla iki nəfər yaralanıb.
Atəş açan şübhəli şəxs bağlı olan ofis binasına qaçıb.Yaralıların vəziyyəti hələlik məlum deyil.