GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Amerikalı müğənni Cennifer Lopez Rusiyada konsert verməkdən imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, Lopezin nümayəndələri və Rusiya təşkilatçıları praktiki olaraq razılığa gəliblər:
“Onlar tarixi avqusta təyin ediblər, həmçinin azı 1 milyon dollar qonorarla bağlı anlaşıblar. Lakin sonra müğənninin komandası geri qayıdıb. Bildirilib ki, Rusiyada konsert vermək Lopez üçün risk ola bilər. O, Ukraynadakı münaqişə bitdikdən sonra bu ölkədə çıxış etməyə hazırdır”.
Qeyd edək ki, Cennifer Lopez avqustun 1-də Qazaxıstanda konsert verəcək.
Leyla Əlisoy
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.