EN

Vaşinqton BMT TŞ üzvlərini Suriyaya qarşı sanksiyaları yumşaltmağa çağırıb

Bakı, 29 iyul, AZƏRTAC

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasını Suriyaya tətbiq etdiyi sanksiyaları yumşaltmağa çağırıb. Vaşinqton hesab edir ki, bu, ölkə hökumətinə terrorizmlə mübarizədə qalib gəlməyə kömək edəcək.

AZƏRTAC bu barədə “Reuters” agentliyinə istinadla xəbər verir.

ABŞ-ın BMT-dəki səfiri Doroti Şi bildirib ki, Birləşmiş Ştatlar Suriya ilə bağlı sanksiyaları nəzərdən keçirmək üçün Təhlükəsizlik Şurasının üzvləri ilə işləyir. O əlavə edib: “Suriyanın keçid hökuməti “Əl-Qaidə” və İŞİD ilə mübarizə aparmaq üçün açıq öhdəlik götürüb. Aydındır ki, hər iki qrup eyni dərəcədə yeni hökumətə qarşıdır və onu məhv etməklə hədələyir. BMT Təhlükəsizlik Şurasının üzvləri bu təhdidləri ciddi qəbul etməlidirlər. Şura Suriyaya qarşı sanksiyaları yumşalda bilər və bunu etməlidir ki, Suriya hökuməti terrorizmlə mübarizədə qalib gəlsin, eyni zamanda, ən təhlükəli və peşman olmayan qrupları aradan qaldırsın”.

ABŞ Prezidenti Donald Tramp may ayında ABŞ-ın Suriyaya qarşı sanksiyalarını ləğv edəcəyini bildirmişdi.

BMT-nin dərc olunmamış hesabatına görə, Birləşmiş Millətlər Təşkilatının sanksiya nəzarətçiləri bu il “Əl-Qaidə” ilə Suriyanın yeni hökuməti arasında heç bir “aktiv əlaqə” müşahidə etməyib.

 

Chosen
7
azertag.az

1Sources