EN

Ərəbistan İsrailə şərt qoyub

Ajans.az xəbər verir ki, Səudiyyə Ərəbistan yalnız Fələstin dövləti yaradıldıqdan sonra İsraillə münasibətləri normallaşdıra bilər. Bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Bloomberg-ə açıqlamasında bildirib. “Krallıq üçün İsraillə normallaşma yalnız Fələstin dövlətinin yaradılması ilə mümkün ola bilər,” – deyə Bin Fərhan qeyd edib. O əlavə edib ki, bu mövqe dəyişməz olaraq qalır və möhkəm inanca əsaslanır: yalnız Fələstin dövləti yaradılarsa və Fələstin xalqının qanuni hüquqları tanınarsa, bölgədə davamlı sülh və real inteqrasiya mümkündür.

Səudiyyə Ərəbistanının xarici işlər naziri əlavə edib ki, Qəzzada insanlar daim həyatını itirərkən, əzab çəkərkən və dağıntılar yaşanarkən normallaşmadan danışmağın heç bir mənası yoxdur.

Chosen
19
Ajans.az

1Sources