EN

Novxanı yolunda qəza olub, ölən və xəsarət alan var - YENİLƏNİB

İyulun 29-da saat 00:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər hospitalizasiya olunub.

Sumqayıt Tibb Mərkəzindən APA-ya verilən məlumata görə, 1990-cı il təvəllüdlü şəxsə (kişi cinsli) qapalı kəllə-beyin travması, başın əzilmiş yarası, sağ bazu sümüyünün sınığı diaqnozları təyin edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Aqonal vəziyyət, ağır dərəcə travmatik və hemorragik şok diaqnozları təyin edilən 1992-ci il təvəllüdlü şəxsin isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 01:00 radələrində ölüm faktı qeydə alınıb.

***

10.08

Sumqayıtda zəncirvari qəza olub.

APA xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb. İdarəetməni itirən “Kia” markalı avtomobil magistral yolda hərəkətdə olan digər avtomobillərlə toqquşub. Nəticədə avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Günel Hüseynova xəsarət alıb. O, xəstəxanada ölüb.

Fakt araşdırılır.

Chosen
18
2
apa.az

3Sources