EN

İçməli suyun yola axması problemi ilə bağlı hərəkətə keçildi

Lökbatan qəsəbəsində su borusunun zədələnməsi ilə bağlı yaranmış problem nəzarətə götürülüb.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq ADSEA-nın mətbuat xidmətindən bildirilib.

"Qeyd olunan ünvandakı problem nəzarətə götürülüb. Yaxın zamanda zədələnmiş boru yenisi ilə əvəz ediləcək", - deyəməlumatda vurğulanıb.

***09:41

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində su borusu zədələnib. Nəticədə içməli su küçəyə axır.

Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Bildirilib ki, sözügedən hal qəsəbənin Həzi Aslanov küçəsində baş verib. Üstəlik vəziyyət 15 günə yaxındır ki belədir:

"Daha əvvəl də belə hal olmuşdu. Eyni boru dəfələrlə deşilib", - deyə şikayətçi vurğulayıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Chosen
60
1
far.az

3Sources