EN

"Bavariya" azarkeşləri mövsümün ən yaxşı oyunçusunu seçib

“Bavariya” klubunun azarkeşləri ötən mövsümün ən yaxşı futbolçusunu müəyyənləşdirib.

90deqiqe.Az-ın məlumatına görə,  səsvermənin nəticələrinə əsasən, qalib komandanın fransalı cinah oyunçusu Maykl Olise olub.

O, respondentlərin təxminən 45 faizinin səsini toplayaraq açıq fərqlə birinci yeri tutub. İkinci yeri 19 faiz səslə hücumçu Tomas Müller tutub. Komandanın əsas qol silahı Harri Keyn isə cəmi 10 faiz səs toplayaraq üçüncü olub.

Qeyd edək ki, Olisə “Bavariya”da hələlik yalnız bir mövsüm çıxış edib. O, 2024-cü ilin yayında “Kristal Pelas” klubundan transfer olunub. Geridə qalan mövsümdə fransalı futbolçu 55 oyunda iştirak edərək 20 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Olisə mövsüm ərzində üç dəfə “ayın oyunçusu” seçilərək fərdi mükafatlara da layiq görülüb.

Chosen
21
90deqiqe.az

1Sources