EN

Azər Türk Bank-ın aktivləri 28%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli Banco.az

2025-ci ilin birinci yarısında Azər Türk Bank-ın xalis mənfəəti 6 milyon 924 min manat təşkil edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin iyulun 1-i tarixinə bankın aktivlərinin həcmi isə 1 milyard 918 milyon 414 min manat təşkil edib.

Bankın aktivləri illik müqayisədə 422 milyon 355 min manat və ya 28,2% artıb.

Hesabat dövründə bankın kredit portfeli isə 806 milyon 467 min manat olub. Azər Türk Bank-ın kredit portfeli 2024-cü ilin eyni dövrünə nəzərən 54 milyon 873 min manat və ya 7,3% artım göstərib. 

Bankın hesabat dövrünə depozitlərinin həcmi isə 1 milyard 144 milyon 650 min manat təşkil edib. Depozit portfeli illik müqayisədə 252 milyon 878 min manat və ya 1,3 dəfə artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
6
banco.az

1Sources