EN

Özgür Özəldən iddialı bəyanat: Bu halda siyasətdən gedəcəm

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl Türkiyədə keçiriləcək ilk ümumi seçkilərlə bağlı diqqətçəkən açıqlama verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özəl partiyasını iqtidara gətirə bilməyəcəyi təqdirdə siyasətdən gedəcəyini bəyan edib.

O, mətbuata verdiyi müsahibələrdən birində partiya lideri seçildiyi qurultayda verdiyi vədi bir daha xatırladıb:

“Seçkiləri qazana bilməsək, o gecə siyasətdən gedəcəyəm. İnanıram ki, uduzulmuş seçkilərin mahnılarını belə arxada qoymalıyıq. Biz bunu yerli seçkilərdə etdik. İndi də ümumi seçkilərdə eyni məsuliyyətlə davranacağıq”.

Chosen
19
publika.az

1Sources