EN

Pekin suya qərq olub: onlarla ölən var | VİDEO

AzVision.az xəbər verir ki, “Sinxua “agentliyinin yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, Çinin paytaxtında yeni yağış dalğası nəticəsində 30 nəfər ölüb. Onlardan 28 nəfəri şəhərin şimal-şərqində yerləşən Miyun rayonunda, daha iki nəfər isə Yantsin rayonunda həlak olub.



“Yaranmış vəziyyətlə əlaqədar hakimiyyət orqanlarıfövqəladə hallara ən yüksək səviyyədə cavab tədbirləri həyata keçirib. Sakinlər çox zərurət olmadıqca evlərini tərk etməməyə və çaylara yaxın təhlükəli ərazilərdən uzaq durmağa çağırılır”,- xəbərdə deyilir.

Çinin Mərkəzi televiziyasının məlumatına görə, indiyədək 80 332 nəfər təxliyə edilib, köçkünlərin ən çoxu Miyun, Huayçjou və Fanşan rayonlarındandır.

“Sinxua” agentliyi bildirir ki, iyulun 24-dən etibarən Çinin şimalındakı Çaobay çayı hövzəsində əhəmiyyətli dərəcədə yağan yağışlar Miyun su anbarında suyun səviyyəsinin kəskin artmasına səbəb olub. İyulun 27-də suyun səviyyəsi son 60 ildə rekord həddə çatıb.



Müqayisə üçün xatırladaq ki, 2023-cü ilin eyni dövründə Pekində yağan güclü yağışlar 11 nəfərin ölümünə, 44 mindən çox insanın yaralanmasına və yüz minlərlə insanın evlərini tərk etməsinə səbəb olmuşdu.

Çin hakimiyyəti daşqınların nəticələrini aradan qaldırmaq üçün tədbirlər görür. Ölkənin Milli İnkişaf və İslahat Komissiyası Pekində bərpa işlərinə 200 milyon yuan (təxminən 27,8 milyon dollar) ayırıb.

Çinin sədri Si Cinpin bundan əvvəl regional hakimiyyət orqanlarını daşqın təhlükəsinə ciddi yanaşmağa, qabaqlayıcı tədbirləri gücləndirməyə və təbii fəlakətlərin nəticələrini operativ şəkildə aradan qaldırmağa çağırıb.



Sahil İsgəndərov
AzVision.az
Chosen
9
1
azvision.az

2Sources