EN

Londonda Tauer körpüsü yaxınlığında bıçaqlı hücum: Ölən və yaralanan var

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində Tauer körpüsü yaxınlığında iki nəfər bıçaqla hücuma məruz qalıb.

Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, həlak olanları - 58 yaşlı kişi və 27 yaşlı gənci xilas etmək mümkün olmayıb.

Hadisə şəhərin mərkəzində, Sautuark rayonundakı ofis binasında baş verib.

Qeyd olunur ki, daha bir zərərçəkən - 30 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

"İstintaq ilkin mərhələdədir və biz bu sarsıdıcı hadisənin bütün şərtlərini öyrənmək üçün çox çalışırıq. Hazırda bunun terrorla əlaqəli olduğunu hesab etmirik və bundan sonra ictimaiyyət üçün heç bir təhlükə yoxdur", - deyə baş detektiv superintendant Emma Bond bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
oxu.az

1Sources