Həbib Nurməhəmmədov UFC-yə yeni təklif verib.
Offsideplus.az xəbər verir ki, dağıstanlı sabiq döyüşçü raundlara ehtiyac olmadığını düşünür:
"Normal döyüş, düz 15 dəqiqə. Kəmər uğrunda döyüş isə 25 dəqiqə. Raundlara ehtiyac yoxdur. Heç bir raund olmayacaq".
36 yaşlı Həbib sonuncu dəfə 2020-ci ildə döyüşüb. O, UFC karyerasını məğlubiyyətsiz başa vurub.
O, hazırda İslam Maxaçev başda olmaqla bir çox döyüşçüyə məşqçilik edir.