EN

Turist azlığı böhran yaratdı: Restoranlar bağlanır

İspaniyanın məşhur turizm adası Mayorkada xarici turistlərə qarşı keçirilən etirazların nəticəsi özünü göstərməyə başlayıb. Turist sayı ötən illərlə müqayisədə 40% azalıb, bu da restoran və digər xidmət sektorlarını çöküşə yaxınlaşdırıb.

News24.az xəbər verir ki, xüsusilə Almaniya və Böyük Britaniyadan gələn turistlərin sayında ciddi azalma müşahidə olunub. Turizm agentlikləri bu vəziyyəti həm etiraz aksiyalarının təsiri, həm də Avropada yayılan mənfi turizm təəssüratları ilə əlaqələndirir.

Mayorka Restoranlar Birliyinin açıqlamasına görə, bəzi restoranlar müştəri itkisi səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. Adanın iqtisadiyyatı isə əsasən turizmə bağlıdır.

Soller və Capdepera kimi populyar turizm bölgələrində belə otel doluluğu aşağı düşüb. Nəqliyyat və gündəlik tur xidmətləri təklif edən şirkətlər də aşağı mövsüm effekti yaşadıqlarını bildirir.

Xatırladaq ki, iyun ayında yüzlərlə etirazçı Palma küçələrində “Kütləvi turizmə yox” şüarları ilə yürüş etmiş, turist axınının yerli sakinlərin həyatına mənfi təsir etdiyini bildirmişdi.

Xeyrənsə Piriyeva

Chosen
17
news24.az

1Sources