“Çelsi” sol cinah müdafiəçisi Mark Kukurelya barədə qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, London klubu oyunçunu buraxmaq istəmir. Səudiyyə Ərəbistanı klublarından gələn təkliflərə baxmayaraq, “zadəganlar” müdafiəçini satmayacaq.
London təmsilçisi ispan futbolçunu heyətdə saxlamaq niyyətindədir. Kukurelya özü də Premyer Liqa klubunda xoşbəxtdir və ayrılmaq istəmir.