EN

Prezidentdən Naxçıvanla bağlı - Sərəncam

Ajans.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir: 1. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 806 (Cild I); 2025, № 4 (I kitab), maddə 379) ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın “8. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin: 1.1. “Əsas icraçı orqan (qurum)” sütununa “(qurum)” sözündən sonra “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri əlavə edilsin; 1.2. 8.1.6-cı yarımbəndin “Əsas icraçı orqan (qurum)” sütununa “DGK” akronimindən sonra “, RİNN, AAYDA, ADY” akronimləri əlavə edilsin; 1.3. 8.5.2-ci yarımbəndin “Digər icraçılar” sütununa “DTA” akronimindən sonra “, ETN” akronimi əlavə edilsin; 1.4. 8.7.5-ci yarımbəndin “Əsas icraçı orqan (qurum)” sütununa “NMR NK” akronimindən sonra “, AAYDA” akronimi əlavə edilsin; 1.5. “AKRONİMLƏR VƏ İXTİSARLAR” hissəsinə “ADSEA – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözlərindən əvvəl “AAYDA – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri əlavə edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Chosen
44
1
Ajans.az

2Sources