EN

"Xankəndi" millimizin sabiq üzvünü heyətinə qatdı

İkinci Liqanın debütantı "Xankəndi" növbəti mövsümün hazırlıqlarına başlamaqla yanaşı, transfer fəaliyyətini də sürətləndirib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, hazırlıq prosesini keçmiş “Neftçi Baza”da keçirən bölgə təmsilçisi daha bir təcrübəli futbolçunu heyətinə qatıb. 

Söhbət Azərbaycan millisinin sabiq üzvü Nodar Məmmədovdan gedir. Təcrübəli müdafiəçi komandanın məşqlərinə qoşulub. 

37 yaşlı müdafiəçinin son klubu 1-ci Liqaya yüksələn "Şahdağ Qusar" olub.

Qeyd edək ki, İbrahim Uzuncanın rəhbərliyi altında ötən mövsüm Region Liqasının qalibi olan "Xankəndi" 2-ci Liqaya hazırlıq çərçivəsində bir neçə yoxlama görüşü keçirəcək.

Mirağa

Chosen
15
fanat.az

1Sources