EN

“Zirə” Suma transferindən nə qədər qazandı?

“Zirə”nin futbolçusu Salifu Sumamın karyerasını İsveçdə davam etdirəcəyi xəbərini vermişdik.

İdmanxeber.az-ın məlumatına görə, “Malmö” oyunçunu heyətinə qatıb. Klub futbolçu üçün Azərbaycan təmsilçisinə təzminat da ödəyib.

“Expressen” nəşri yazır ki, “Malmö” Salifu Sumaya qarşılıq “Zirə”yə bonuslarla birlikdə 15 milyon İsveç kronu (təxminən 1.3 milyon avro) ödəyib. 

İsveçin digər media orqanlarına görə isə, “Zirə” bu keçiddən 1.2 milyon avro gəlir əldə edəcək. 

Chosen
28
idmanxeber.az

1Sources