EN

"Bavariya" qapıçısı ilə müqavilənin müddətini uzadıb

Almaniyanın "Bavariya" klubu qapıçı Sven Ulrayxla müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı qapıçı Münhen klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, S.Ulrayx 2015-ci ildən Bundesliqa klubunda çıxış edir. Ötən mövsüm o, meydana çıxdığı 2 oyunda 2 qol buraxıb.

Chosen
53
report.az

1Sources