Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyun aylarında Azərbaycan MDB ölkələrinə 858 milyon 153 min dollarlıq məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 58 milyon 484 min ABŞ dolları (7,3%) çoxdur.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 3 milyard 24 milyon 903 min ABŞ dolları dəyərində olub.
Bu isə 2024-cü ilin ilk 6 ayına nisbətdə 725 milyon 14 min dollar və ya 31,5% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 799,7 milyon ABŞ dolları, idxalının dəyəri isə 2 milyard 299 milyon ABŞ dollarına bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!