EN

Goranboyda iki "VAZ"toqquşdu - Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini 1989-cu il təvəllüdlü T.Mustafayev idarə etdiyi “VAZ”-2107 markalı avtomobillə, Goranboy rayonunun Aşağı Ballıqaya kənd sakini, 1975-ci il təvəllüdlü R.Səlimovun idarə etdiyi “VAZ” 21 015 markalı avtomobil toqquşub. Qəza zamanı, “VAZ 21015"in sürücüsü və “VAZ 2107"in sərnişini, Goranboy rayonunun Qarasüleymanlı kənd sakini, 1960-cı il təvəllüdlü Ə. Mustafayeva xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
12
1
avtosfer.az

2Sources