LERİK, 29 iyul. TELEQRAF
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mistan kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Ümumi çəkisi 5300 kiloqram olan 21200 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.