EN

Ahmet Kabaklı: Türk Mədəniyyəti və Ədəbiyyatının VİCDAN SƏSİ

Ahmet Kabaklı XX əsr Türkiyə ədəbi və ictimai fikrinin formalaşmasında mühüm rol oynamış, həm müəllim, həm yazıçı, həm də ictimai xadim kimi dərin iz qoymuş şəxsiyyətdir.

O, Ziya Gökalp və Mehmet Akif Ersoy kimi milli düşüncəyə malik yazıçıları önə çıxararaq, onların ideyalarını yeni nəsillərə ötürməyə çalışırdı. Bu mənada o, sadəcə bir tənqidçi yox, həm də mədəniyyət keşikçisi idi.
Ahmet Kabaklının publisistik üslubu aydın, səmimi və qətiyyətlidir. O, mürəkkəb cümlə quruluşundan uzaq duraraq, oxucunu düşünməyə, milli və mənəvi dəyərləri yenidən qiymətləndirməyə çağırırdı. Kabaklının məqalələrində əxlaqi və ictimai mövqe ön plandadır. O, modernləşmənin kor-koranə təqlidinə qarşı çıxır, Qərbi mənəvi cəhətdən təhlil edərək milli dəyərlərlə uyğun gələn cəhətləri seçməyə çağırırdı.

Sənan Hüseynov 
Mia.az

Chosen
22
mia.az

1Sources