EN

Rusiyanın dostu kimdir, düşməni kim?

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Koreya Xalq Demokratik Respublikasını, Çini və İranı öz müttəfiqləri hesab edir və dünya quruluşunun əsasları barəsində onların nöqteyi-nəzərlərini özünə uyğun hesab edir.

RF Pezidentinin mətbuat katibi Dmitri Peskov gündəlik brifinqdə bu barədə açıqlama verib.

Rusiyanın Qərbə qarşı mübarizədə bu ölkələrə hansı rolu ayırdığı barəsində sualın cavabında Kremlin təmsilçisi belə deyib: "Onlar bizim müttəfiqlərimizdir, tərəfdaşlarımızdır. Dünya nizamının əsaslarına dair bir baxışı paylaşdığımız ölkələrdirlər". 

Hürr Tərcüman

Chosen
13
2
hurriyyet.az

3Sources