EN

2 yaşlı uşaq kobranı dişləyərək ÖLDÜRDÜ

Hindistanın Bihar əyalətinin Bankatva kəndində inanılmaz hadisə baş verib. İki yaşlı Qovinda Kumar evinin yaxınlığında oynayarkən qarşısına çıxan zəhərli kobranı dişləyərək öldürüb. Uşaq, ilanın bir hissəsini udduqdan sonra xəstəxanaya çatdırılıb və müalicə alaraq sağ salamat evə buraxılıb.

New24.az xəbər verir ki, hadisə zamanı uşağın nənəsi Mateşvari Devi bildirib ki, Qovinda qorxmaq və ya qışqırmaq əvəzinə ilanı ağzına alaraq dişləyib. İlan hadisə yerində ölüb, uşaq isə huşunu itirib.

Həkimlərin açıqlamasına görə, kobra travmatik zədələrdən ölüb. Uşağın isə zəhərli maddəni udmasına baxmayaraq, vəziyyəti stabilləşib və müşahidədən sonra evə buraxılıb. Hadisə sosial mediada geniş rezonans doğurub.

Xeyrənsə Piriyeva

Chosen
11
news24.az

1Sources